SmartPay.az : Onlayn Ödəniş Portalı

SmartPay ödəniş sisteminin web səhifəsinə xoş gəlmisiniz!

www.smartpay.az saytı istənilən istifadəçinin əsas səhifədə təklif olunan xidmətlər üzrə ödənişlər həyata keçirilməsi üçün yaradırıb.

Hər bir xidmət üçün fərqli ödəniş sxemi tətbiq olunsada, ümumilikdə, xidməti seçdikdən sonra açılan pəncərədə müvafiq kodu daxil etdikdən sonra işıqlanan məlumatları təstiqləyib və ya təklif olunan tarifləri seçərək ödəniş səhifəsinə yönəldiləcəksiniz. Sonuncu ödəniş pəncərəsində kart məlumatlarınızı daxil edərək prosesi sonlandıra bilərsiniz.

“Ödə” düyməsi basıldığdan sonra,  ödənişin emala başlayır və emal müddəti ərzində Siz ekranda müvafiq ismarıc görürsünüz. Ödəniş uğurla sonlandığı təqdirdə ekranda qəbz, əks halda isə problemin səbəbibə uyğun xəta  əks olunacaq. Hər ehtimalı nəzərə alaraq, “e-maila göndərmək” düyməsindən istifadə edərək qəbzi öz email ünvanınıza göndərməyinizi məsləhət görürük. Ödənişinizin uğurla tamamlanmadığı təqdirdə kartınızdan vəsait çıxılıbsa, öz bankınızla əlaqə saxlamağınız lazımdır.

Saytdan rahat istifadə üçün qeydiyyatdan keçməyinizi məsləhət görürük. Qeydiyyat prosesi zamanı istifadəçi adı və şifrə yaratmağnan məxfiliyi təmin edərək, şəxsi kabinetinizə daxil ola bilərsiniz. Şəxsi kabinet Sizə ödənişlərinizin yaddaşda saxlanması, ödəniş şablonlarının yaradılması, ayarlar bölməsində öz tələblərinizə uyğun sazlamaları etmək  və digər imkanları təmin edir.

IMEI xidmətindən istifadə  zamanı ödənişə qədər olan etaplarda problemlə üzləşsəniz və ya ödənişin uğurlu və uğursuz olduğu haqqında məlumat almaq istəsəniz bizim ilə, ödənişdən sonra isə yaranan suallar ilə əlaqəli birbaşa Mobil Cihazların Qeydiyyat Sistemi (MCQS) ilə əlaqə saxlamalısınız.

Saytdan istifadə zamanı problem yaşasanız “Məktub yaz ” bölməsindən  istifadə edərək, “Əlaqə” bölməsində qeyd olunan e-mail ünvanlarına məktub yazaraq  və ya çağrı mərkəzinə zəng edərək texniki dəstək qrupu ilə əlaqə saxlaya bilərsiniz. Bütün məktublar oxunur və mümkün olan ən tez zamanda cavablandırılır. Həmçinin, sayta aid irad və dəyərli məsləhətlərinizi bizimlə böluşərək xidmət səviyyəmizin artırılmasına köməklik etməyiniz bizim üçün çox önəmlidir.