Məxfiliyin qorunması
SmartPay ödəniş sistemi (bundan sonra – SmartPay/Ödəniş sistemi) Sizin SmartPay məhsullarına və xidmətlərinə marağınızı yüksək qiymətləndirir. Sizin fərdi məlumatlarınızın təhlükəsizliyi bizim üçün çox önəmlidir və bizim xidmətlərdən istifadə ilə bağlı toplanmış və işlənmiş fərdi məlumatlarınızı qorumaq öhdəliyini öz üzərimizə götürürük.
Bizim xidmətlərimiz ödəniş sistemimizdə müxtəlif xidmət təminatçıları tərəfindən (mobil operatorlar, telefon və internet/IPTV xidmət təminatçıları, kommunal və dövlət xidmətlərinin təminatçıları, banklar, sığorta şirkətləri və s.) Sizə təqdim olunan xidmətlərə görə ödəniş etməyə imkan verən
- kompüter tətbiqetmələri,
- mobil tətbiqetmələr qrupu,
- ödəniş və ya pul mübadiləsini təmin edən kiosklar üçün proqram təminatı və veb səhifədən ibarətdir.
Biz, həmçinin SmartPay-in prosessinq sistemi vasitəsilə Sizə böyüyən, distributor şəbəkəmizə daxil olmaq imkanı da yaradırıq. Bu şəkildə əməkdaşlıq SmartPay və istifadəçilər (ödəmə məntəqələrinin sahibləri və dilerlə bağlı) eləcə də, SmartPay və xidmət təminatçıları arasında bağlanmış ikitərəfli müqavilə ilə tənzimlənir.
SmartPay xidmətlərindən istifadə etməklə istifadəçi heç bir qeyd-şərt olmadan bu Məxfilik Siyasətinin müddəalarını qəbul edir.
Biz istifadəçilərimizdən qəbul etdiyimiz fərdi məlumatların təhlükəsizliyini təmin edirik. Bu məxfilik siyasəti istifadəçi tərəfindən sorğu edilə biləcək detallara və bu detalların SmartPay və digər iştirakçılar tərəfindən emal oluna bilmə metoduna uyğun hazırlanmışdır.
Bu məxfilik siyasəti həmçinin istifadəçilərin fərdi məlumatlarının sorğu edilmə və açıqlanması üçün xüsusi məqsədləri də müəyyən edir. Eyni zamanda məxfilik siyasəti istifadəçilərin öz fərdi məlumatlarını qoruması üçün zəruri olan əsas tədbirləri də müəyyən edir.
Bu tənzimetmə yalnız Smartpay tərəfindən SmartPay xidmətlərindən istifadə nəticəsində əldə edilmiş məlumatlara aid ediləcək.
1. Qəbul edilmiş və istifadə edilmiş istifadəçi məlumatları və bu istifadənin məqsədləri.
SmartPay istifadəçi məlumatlarını öz xidmətlərinin texniki idarə edilməsi və bu məxfilik siyasətində bildirilmiş digər məqsədlər üçün toplayır.
Bu məxfilik siyasətində istifadəçi məlumatı istifadəçinin öz iradəsi ilə hesab yaradarkən, qeydiyyatdan keçərkən, ödəniş sisteminin xidmətlərindən istifadə edərkən və s. hallarda (tam adı, elektron poçt ünvanı, telefon nömrəsi, hesab nömrəsi və s. ) ötürdüyü məlumatlar;
İP ünvan, istifadə edilən mobil cihazın detalları, cihaz eyniləşdirici və s. əhatə edən və bunlarla məhdudlaşmayan, Smartpay xidmətlərindən istifadə nəticəsində avtomatik ötürülən məlumatlar.
Aşağıdakı məlumatlar Smartpay xidmətlərindən istifadə zamanı sorğu və qəbul edilə bilər :
İstifadəçi məlumatı. İstifadəçi hesab yaradarkən, smartpay.az-da qeydiyyatdan keçərkən, Smartpay ödəniş sistemində xidmətlərdən istifadə edərkən və istifadəçiyə(dillerə) SmartPay-in ödəniş üçün proqram təminatına və ya prosesinq bələdçisinə giriş verilərkən, Smartpay istifadəçinin tam adı, doğum tarixi, telefon nömrəsi, ödəniş məntəqəsinin ünvanı və elektron poçt ünvanı kimi məlumatları sorğu edə bilər.
Mobil cihaz məlumatları. SmartPay istifadəçinin mobil cihazının modeli, əməliyyat sisteminin versiyası, cihazın unikal identikləşdiricilərini və mobil telefon nömrəsi kimi məlumatları toplayır. Əlavə olaraq, cihaz identikləşdiriciləri və mobil telefon nömrəsi istifadəçinin hesabı ilə əlaqələndirilə bilər.
Tranzaksiya məlumatları. Xidmətlərə görə ödəniş edildikdə, pul köçürüldükdə və s. Smartpay tranzaksiyanın yeri, vaxtı və məbləği, ödəmə metodu, ödənişi qəbul edən hesab barədə məlumatları, satıcı və xidmət təminatçısının məlumatları, tranzaksiyanın həyata keçirilmə səbəbi (əgər göstərilibsə) və belə tranzaksiyaya aid olan digər məlumatları toplayır.
SmartPay istifadəçi məlumatlarını bu Məxfilik siyasəti və Azərbaycan Respublikasının qanunlarına müvafiq qaydada istifadə və emal edəcək.
2. İnformasiyanı konfidensial saxlamaq üçün təhlükəsizlik tədbirləri.
Ödəniş sistemi istifadəçi məlumatlarını təhlüksizliyini və icazə verilməmiş girişdən, dəyişdirilmədən, açıqlanmadan və ya məhv olmadan və ya digər icazə verilməyən istifadədən qorunmasını təmin etmək üçün bütün mümkün tədbirləri görəcək. Xüsusilə, SmartPay mütəmadi olaraq oğurluq üçün SmartPay sisteminə icazəsiz girişlərin, fişinqin və digər saxtakarlıq məqsədli müdaxilələrin qarşısını almaq üçün fiziki təhlükəsiz tədbirləri də daxil olmaqla, məlumatın toplanması, saxlanması və emalı metodlarını təkmilləşdirəcək.
Ödəniş sistemi pozuntular üçün ağır sanksiyalar və cərimələr nəzərdə sərt konfidensiallıq öhdəlikləri müəyyən etməklə istifadəçi məlumatlarına işçilərinin, kontragentlərinin və agentlərinin girişini məhdudlaşdıracaq. İstifadəçi login, parol, və SmartPay tərəfindən verilən hər hansı sertifikatı üçüncü tərəfə açıqlamamalıdır.
İstifadəçi SmartPay-i öz hesabından icazəsiz istifadə edilməsi ilə bağlı şübhəsi olduqla dərhal məlumatlandırmalıdır.
3.Məxfilik siyasətində dəyişikliklər. Tətbiq edilən hüquq.
Ödəniş sistemi bu məxfilik siyasətinin müddəalarını istənilən vaxt yeniləyə və dəyişə bilər. Başqa qayda nəzərdə tutulmayıbsa məxfilik siyasətinin istənilən yeni versiyası bu veb səhifədə yerləşdirildiyi andan etibarən qüvvəyə minir. Ödəniş Sistemi məsləhət görür ki, istifadəçilər son versiyasından xəbərdar olmaq üçün mütəmadi olaraq Məxfilik Siyasətindəki dəyişiklikləri izləsinlər.