SmartPay elektron ödənişlər və pulqabı funksiyasını özündə
birləşdirən ödəniş sistemidir. SmartPay mobil tətbiqi və veb portalı
vasitəsi ilə harada olmağınızdan asılı olmayaraq 50-dən çox xidmət
üzrə ödənişlərinizi həyata keçirə bilərsiniz.
SmartPay ödəniş etdiyiniz xidmət sahiblərinin (provayder) təqdim
etdiyi məlumatlar (xidmətin qiyməti, təyinatı, son ödəniş tarixi və s.)
əsasında sizə ödəniş etmək imkanı yaradır.
SmartPay yalnız provayderin təqdim etdiyi məlumatı sizə ötürür.
Xidmətlərin qiyməti, qoşulması və işləkliyi haqqında bütün suallar
üzrə provayderə müraciət etməyinizi xahiş edirik.
Bank kartından vəsait çıxıldı, lakin xidmət aktiv olmadı?
Bu çətinliyin aradan qaldırılması üçün
Məktub yaz bölməsi vasitəsilə bizimlə əlaqə saxlayın.
Mütəxəssisin sizə tez və dolğun cavab verə bilməsi üçün
ad və
soyadınızı qeyd edin, "e-mail" xanasını diqqətlə doldurun ki, sizinlə
əlaqə saxlamaq mümkün olsun.
Mövzu xanasında problem yaşadığınız xidməti qeyd edin
və
ismarıc bölümündə problemi təsvir edin.
Bizə məktub yazdınız, lakin müraciətinizə cavab verilməyib?
Sizinlə əlaqə üçün "e-mail" xanasını düzgün qeyd etməmiş ola
bilərsiniz. Xahiş edirik, yuxarıda qeyd olunan qaydalarla yenidən tanış olasınız.
Əgər sualınız saytın işləməsinə
aid deyilsə, sizi problemin həlli üçün aidiyyəti quruma yönləndirməyə çalışacayıq.
31.07.2018 tarixində qanunvericilikdə dəyişikliklər
Hörmətli “SmartPay” istifadəçiləri, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci ilin 31 iyul tarixli №336 fərmanına əsasən artıq yeni dövlət rüsumları qüvvədədir.
Nəzərinizə çatdırırıq ki, “Smartpay” sistemi cihazların dövlət rüsum məbləğini təyin etmir və bununla bağlı yönləndirilən suallara cavab olaraq bildirək ki, bu əməliyyat Nazirlər
Kabinetinin 336 saylı qərarına (Keçid:
2018-ci ilin 31 iyul tarixli №336 saylı qərar)
əsasən, avtomatlaşdırılmış sistem üzərindən tam şəffaf qaydada aparılır.
Cihazların İMEİ qeydiyyatının dövlət rüsumunu
http://imei.az/phones keçidindən istifadə edərək öyrənə bilərsiniz.
Anlayışınız üçün təşəkkür edirik.
IMEI kodumu necə öyrənə bilərəm?
IMEI kodunuzu cihazda *#06#YES yığaraq öyrənə bilərsiniz. Problemdən aslı olmayaraq, IMEI kodunuzu və ya iki mobil nömrəli (duos) olduğu təqdirdə, IMEI kodunuzu dəqiq qeyd edildiyinə əmin olun.
Nömrələr 15 simvoldan ibarət olmalıdır. Əgər nömrədə əlavə simvollar varsa olduğu kimi qeyd edin və ya
157@azintelecom.az ünvanına cihaz ekranınızın şəklini göndərin.
Mənim telefonum 2 nömrəlidir (Duos) , nə qədər ödəniş etməliyəm?
Qanunvericilikdə olan dəyişikliyə əsasən, İMEİ qeydiyyatdan mobil cihaz keçirilir. Rüsum modelin tək (single) və ya (duos) tipli olmağına əsasən dəyişilmir.
Tək nömrə (SİNGLE) və iki nömrəli (DUOS) seçirəm, lakin cihazın seçilmiş tipə uyğun olmadığı yazılır, nə etməliyəm?
Belə hal baş verdikdə 157 çağrı mərkəzi ilə əlaqə saxlamağınızı xahiş edirik.
Qeydiyyat uğurla başa çatdı, cihazım nə zaman aktiv olacaq?
Uğurlu əməliyyatdan sonra cihaz bir gün ərzində aktivləşdirilir. Dəyişiklikləri qəbul etməsi üçün cihazı söndürüb-yandırmağı unutmayın.
Uğurlu ödəniş olduğu təqdirdə bir gün sonra şəbəkə aktiv deyilsə
http://imei.az/contact ilə əlaqə saxlamağınızı xahiş edirik.
Əgər IMEI (MCQS) xidməti üzrə suallarınız, təklif və şikayətləriniz varsa
http://imei.az/ saytına keçid edə və ya 157 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.